Dünya futbolu

Ançelotti qapıçısından nə xahiş edib?

“Real”ın baş məşqçisi Ançelotti Lunindən komandanı tərk etməməyi xahiş edib.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər futbolçunun gələcəyi barədə müzakirə aparıb. Baş məşqçi qapıçıdan yeni sözləşmə imzalanmasını istəyib.

Bu mövsüm Lunin Madrid təmsilçisinin heyətində 20 matçda iştirak edib. O, 16 qol buraxıb, 9 oyunda qapısını təmiz saxlayıb. 25 yaşlı qolkiperin hazırkı müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43