İtalyan məşqçi Karlo Ançelotti PSJ-dən “Real”a keçmək üçün təzminat qiymətinin yarısını özü ödəyib.
Bu barədə Madrid klubunun prezidenti Florentino Perez məlumat verib.
“Onun təzminat qiyməti 7 milyon avro idi. Biz bu məbləğin sadəcə yarısını ödədik”.
Qeyd edək ki, Ançelotti “Real”la üç illik müqaviləyə qol çəkib.