“Real”ın baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.
İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssis Madrid təmsilçisində qalıb-qalmayacağı ilə bağlı verilən suala belə cavab verib:
“Rea”la müqavilənin uzadılması? Bu barədə düşünmək üçün vaxt lazımdır”- deyə, Ançelotti bildirib.
64 yaşlı mütəxəssis 2021-ci ilin iyulunda “Kral klubu”nu çalışdırır. Onun müqaviləsi 2024-cü ilin iyununa qədərdir.
12 turdan sonra “Real” 29 xalla La Liqanın turnir cədvəlində ikinci yerdədir. Lider isə “Jirona”dır (31 xal).