Dünya futbolu

Ançelotti Vinisius barədə danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti cinah hücumçusu Vinisius Juniorla işləmək barədə fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, o, futbolçunun hər cəhətdən inkişaf etdiyini bildirib:

“Vinisiusla yaxşı iş gördük. O, hər sahədə yaxşı inkişaf edib. Hazırda Vinisius fərdi nailiyyətlərdən daha çox Çempionlar Liqasını qazanmağa diqqət yetirir”.

Futbolçu “Qızıl top”un favoritlərindən biri hesab olunur. Ötən mövsüm İspaniya çempionatında 15 qol vurub, 5 məhsuldar ötürmə edib.

23 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yayından “Real”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43