Karlo Ançelotti məşqçilik karyerasında 1300-cü matçını qeyd etmək qərarına gəlib.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə italiyalı mütəxəssis özü açıqlama verib. O bildirib ki, karyerası boyunca 1272 oyuna çıxıb.
Ancaq yubiley görüşünü fərqli qeyd edəcək:
“Bu yaxınlarda diqqətimi çəkdi, yaxın vaxtlarda məşqçi kimi 1300-cü oyunuma çıxacam. Bunu xüsusu qeyd etməyə qərar verdim”.
Xatırladaq ki, Ançelotti “Rejiana”, “Parma”, “Milan”, “Yuventus”, “Çelsi”, PSJ, “Bavariya”, “Napoli” və “Everton” kimi klubları çalışdırıb.