12 Fevral 2025
Dünya futbolu

Ançelottiyə milli komandadan təklif var

“Real”ın baş məşqçisi Karlo Ançelotti Braziliya millisini çalışdıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, yerli federasiya nümayəndələrin italiyalı mütəxəssislə əlaqə saxlayıb. Ançelotti 2026-cı ildə keçiriləcək dünya çempionatının sonuna qədər işləməyi təklif ediblər.

İtalyalı mütəxəssis hələ ki, gələcəyi ilə bağlı qərar verməyib. Çox şey “Real”ın cari mövsümdəki nəticələrindən asılı olacaq.

Ançelottinin komandası hazırda 50 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43