“Qalatasaray”dan ayrılan Mbaye Diagnenin “Brügge”yə transferinin ardından Belçikanın digər nəhəng klubu “Anderlext” azarkeşlərinin qəzəbinə tuş gəlib.
İdmanxeber.az-ın “Sport Voetbal”a istinadən yaydığı məlumta görə, “Anderlext”ə keçəcəyi gğözlənilən, son anda “Brügge”ylə anlaşan forvarda qarşı təxribat törədiləcəkmiş.
“Anderlext” azarkeşlərinin bu planından xəbərdar olan hava limanı işçiləri tez bir zamanda bütün təhlükəsizlik tədbirlərini gücləndirib və sözügedən təxribat baş tutmayıb.