08 Yanvar 2025
Kateqoriyasız

“Anderlext” Azərbaycana gəlir

29 may – 1 iyun tarixlərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ Kuboku beynəlxalq turnirinin daha bir iştirakçısı bəlli olub. 
 
Klubun rəsmi saytının verdiyi xəbərə görə, “Fənərbağça” (Türkiyə), “Lokomotiv” (Moskva, Rusiya), “Liverpul” (İngiltərə) və “Olimpik”in (Marsel, Fransa)  ardından Belçikanın “Anderlext” klubu da turnirdə yer alacağını rəsmən təsdiqləyib. Bununla da III Qəbələ Kubokunda mübarizə aparacaq 8 komandadan 6-nın adı dəqiqləşib. 
 
Artıq ənənəyə çevrilən turnirin coğrafiyası ildən-ilə genişlənməkdədi. Bu ilki yarışda ilk dəfə olaraq İngiltərə, Fransa və Belçika təmsilçiləri yer alacaqlar. Buna qədər İspaniya, Hollandiya, Portuqaliya, Türkiyə, Danimarka, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri turnirdə çıxış etmişdilər.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43