06 Fevral 2025
Kateqoriyasız

“Anderlext” Bakıda “Qarabağ”a uduzduğuna görə təzminat ödədi

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a məğlub olan (0:1) "Anderlext" azarkeşlərinə təzminat ödəyib.

İdmanxeber.com-un məlumatına görə, "Anderlext" futbolçuları "Qarabağ"la oyun üçün Bakıya uzun yol qət edən azarkeşlərinə jest edərək onlara maddi təzminatla yanaşı, oyunçuların imzaları olan formalar verilib.

Bundan əlavə həmin 53 fanat komandanın futbolçuları – Silvio Proto, Yuri Tilemans və Stefano Okakanın müşayəti ilə klubun bazasını ziyarət etmək imkanı qazanıblar.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43