21 Fevral 2025
Dünya futbolu

“Anderlext” – “Fənərbağça” matçı niyə yarımçıq dayandırıldı?

Avropa Liqasının pley-off mərhələsinin cavab matçları çərçivəsində keçirilən “Anderlext” – “Fənərbağça” görüşü 7-ci dəqiqədə dayandırılıb.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb Belçika klubunun azarkeşlərinin “sarı bülbüllər”in bir fanatına hücum etməsi olub. Nəticədə qarşılaşmanı idarə dən Sandro Şarer təhlükəsizlik baxımından matçı yarımçıq dayandırmalı olub.

Qeyd edək ki El Nesrinin qolu ilə “Fənər” “Anderlext” səfərində öndədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43