“Səfərdə “Qarabağ”a qalib gəlməli idik. Əgər, qalib gəlsəydik, növbəti mərhələyə vəsiqəni təmin etmiş olardıq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Avroliqanın qrup mərhələsinin son turunda “Qarabağ”la üz-üzə gələcək “Anderlext” klubunun baş məşqçisi Besnik Hasi deyib.
Təcrübəli mütəxəssis “Qarabağ”a nisbətdə komandasının şansının yüksək olduğunu qeyd edib:
“Qarabağ” və “Monako”dan fərqli bizim şanslarımız daha çoxdu. Doğma meydan amilindən maksimum yararlanmalıyıq. “Qarabağ”la oyunda hər şey özümüzdən aslıdır”.
Qeyd edək ki, “Anderlext” – “Qarabağ” matçı 10 dekabr Bakı vaxtı ilə 00:05-də baş tutacaq.