Afrika Millətlər Kubokunda qrup mərhələsinin son oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andradenin çıxış etdiyi Kabo Verde millisi Misirlə qarşılaşıb. Görüş 2-2 hesabı ilə başa çatıb. Zədəsinə görə ilk 2 oyunda oynaya bilməyən Andrade bu matçda 70 dəqiqə meydanda olub.
Qrupun digər oyununda Qana 90-cu dəqiqəyə 2-0 öndə girməyinə baxmayaraq sonda Mozambiklə heç-heçəyə razılaşıb – 2:2.
Bu nəticələrdən sonra Kabo Verde qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanıb. Misir isə qrup ikincisi kimi 1/8-də mübarizəni davam etdirəcək.