Afrika Millətlər Kubokunda 1/4 final görüşləri başa çatıb.
İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın oyunçusu Patrik Andradenin millisi Kabo Verde CAR-la qarşılaşıb. Oyunun həm əsas, həm də əlavə vaxtında qol səsi çıxmayıb.
Penaltilər seriyasında daha dəqiq olan CAR yarımfinala yüksəlib.
Görüşə ehtiyatda başlayan Andrade 65-ci dəqiqədə meydana daxil olub. 30 yaşlı yarımmüdafiəçi sonuncu penaltini dəqiq yerinə yetirə bilməyib.