“Qarabağ” qapıçı Andrey Lunyovla yollarını ayırıb.
İdmanxeber.az xəbər verir ki, 33 yaşlı rusiyalı qolkiperlə başa çatan müqavilə uzadılmayıb.
2023-cü ilin yayından Ağdam klubunda çıxış edən Lunyov bu müddətdə 34 matça çıxıb.
O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib.
Andrey “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.