20 Sentyabr 2024
Ölkə futbolu

Andrey Lunyov zədəsi barədə danışdı: “Ümid edirəm ki…”

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Avropa Liqası “Bayer”lə oyunda (0:1) aldığı zədəni şərh edib.

İdmanxeber.az təcrübəli qapıçı bu barədə Rusiya mətbuatına danışıb. O, hələlik zədə barəsində dəqiq məlumatının olmadığını bildirib:

“Zədəmin şiddəti və sağalma müddəti barədə məlumatım yoxdur. Milliyə çağırıldıqdan sonra ilk dəfə deyil ki, zədələnirəm. Təbii ki, xoşagəlməzdir. Amma ümid edirəm ki, bu o qədər də ciddi olmayacaq və növbəti oyunlarda özümü toparlayacam. Hələ də milli komandada oynayacağıma inanıram”.

Lunyov “Qarabağ” – “Bayer” oyununun 85-ci dəqiqəsində zədələnərək əvəzlənib. Noyabrın 7-də 31 yaşlı futbolçu millinin toplanışına dəvət olunan oyunçular arasında olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43