Dağıstanın “Anji-2” komandasının futbolçusu Həsən Məhəmmədov dünyasını dəyişib.
İdmanxeber.com-un məlumatına görə, Həsən Məhəmmədov yanvarın 2-dən 3-nə keçən gecə Qumtorqala rayonunda qətlə yetirilib Futbolçuya Novokuli qəsəbəsində odlu silahla atəş açılıb və o, xəstəxanada dünyasını dəyişib. Bu barədə məlumatı “Anji”nin mətbuat xidmətindən də təsdiqləyiblər.