“Sumqayıt” yeni transferini rəsmiləşdirib.
İdmanxeber.com-un məlumatına görə, “kimyaçılar” “Anji”nin qapıçısı Mehti Cənətovu heyətinə qatıb. 1992-ci il təvəllüdlü futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mehti Azərbaycanın U-21 millisinin şərəfini qoruyub.