Türkiyənin “Ankaragücü” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Renat Dadaşov məşqlərə başlayıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Dadaşov oktyabrın 21-də qasıq nahiyəsindən əməliyyat olunmuşdu.
Bir aydır komandadan kənarda qalan hücumçu ötən gündən kollektivlə məşqlərə qoşulub.
Qeyd edək ki, “Ankaragücü” 1-ci liqanın 13-cü turunda sabah səfərdə “Gənclərbirliyi” ilə qarşılaşacaq.