Dünya futbolu

Anri Mbappenin “Real”a mümkün transferini şərh etdi

“Arsenal”ın sabiq hücumçusu Tyerri Anri PSJ-nin hücumçusu Kilian Mbappenin “Real”a mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, o, parislilərin futbolçunun satışını niyə gecikdirdiyini açıqlayıb.

“Messi, Neymar da getdi. Mbappe komanda ilə son mövsümünü keçirməzdən əvvəl klub Çempionlar Liqasını qazanmaq istəyir” – deyə, Anri bildirib.

Fevralın 5-də fransalının “Real”la 6 illik müqavilə imzalayacağı, illik 32 milyon avro maaş alacağı barədə iddialar var idi.

Mbappe 2017-ci ilin avqustundan PSJ-də çıxış edir. 2023/24 mövsümündə forvard bütün yarışlarda 28 matçda 29 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 180 milyon avro qiymətləndirir.
.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43