Kamran Ağayevin “Antalyaspor”a keçmək ehtimalları yüksəlir.
İdmanxeber.com-un məlumatına görə, millimizin qolkiperini heyətinə qatmaq istəyən Antalya təmsilçisi Əlcəzair yığmasının qolkiperi Raisa M`Bolini transfer etməkdən imtina edib.
Kamran Ağayev variantı yaranandan sonra türklər əlcəzairlidən imtina ediblər. Hazırda Ağayevlə Türkiyə klubu arasındakı danışıqlar davam edir. Bütün məsələlərdə razılıq əldə olunsa, “Antalyaspor” millimizin qolkiperi ilə 2 illik müqavilə imzalaya bilər.