2013/14 mövsümünün startı “İnter” üçün tarixində ən uğursuz başlanğıcdır.
Klub saytına istinadən verdiyimiz məlumata görə, komanda ilk 6 matçda 3 xal toplaya bilib və bu nəticə ötənilkindən 5 xal azdır.
“İnter”in çempionatın ilk 6 oyunda ən yaxşı nəticəsi 2005/06 mövsümünə təsadüf edir. Həmin vaxt komanda 14 xal toplamağa müvəffəq olmuşdu. Lakin “bankirlər” 11 qol vurmuşdu və bu da məhsuldarlığa görə, 2-ci göstəricidir.
Bununla belə, bu mövsüm ilk 6 oyunda buraxılmış qolların sayına görə, “İnter” antirekorda imza atdı – 13 qol.
“İnter”in Azərbaycan çempionatlarının ilk 6 turundakı göstəricilərini təqdim edirik:
Mövsüm O Q H M T X
2004/05 6 2 3 1 5-3 9
2005/06 6 4 2 0 12-7 14
2006/07 6 3 2 1 10-1 11
2007/08 6 2 3 1 6-2 9
2008/09 6 3 3 0 10-2 12
2009/10 6 4 1 1 7-5 13
2010/11 6 4 1 1 6-2 13
2011/12 6 3 1 2 5-5 10
2012/13 6 2 2 2 5-4 8
2013/14 6 1 0 5 11-13 3