Cənubi Koreyanın “Tedjon Xana Sitizen” klubunda çıxış edən millimizin futbolçusu Anton Krivotsyuk İspaniyanın “Atletiko” (Madrid) komandasına qol vurub.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı müdafiəçi K Liqasının ulduzlarından ibarət kollektivin Madrid təmsilçisi ilə keçirdiyi yoldaşlıq oyununda fərqlənib.
İkinci hissədə meydana daxil olan oyunçu 50-ci dəqiqədə La Liqa klubunun qapısına yol taparaq komandasının ilk qolunun müəllifi olub.
Qeyd edək ki, görüş cənubi koreyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.