Kateqoriyasız

Anton Krivotsyuk millimizə çağırılıb

Karyerasını Polşanın “Visla” klubunda davam etdirən Anton Krivotsyuk millimizə çağırılıb.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı müdafiəçi Malta və Latviya ilə yoldaşlıq oyunları üçün yığmamıza dəvət alıb.

Qeyd edək ki, millimiz martın 24-də Malta, martın 28-də isə Latviya ilə qarşılaşacaq. Hər iki görüş Malta Milli stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43