“Atletiko” və Fransa millisinin hücumçusu Antuan Qrizmann Madrid klubunda karyerasını başa vurduqdan sonra Amerikada oynamaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə fransalı futbolçu özü açıqlama verib. O, MLS komandalarından birinə keçmək istədiyini etiraf edib.
32 yaşlı hücumçunun klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Qrizmann daha əvvəl Mayami və ya Los Ancelesdə yaşamaq istədiyini qeyd etmişdi.