Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan APOEL-də daha bir futbolçu intizamsızlığına görə cəzalandırılıb. Joaozinyo komandadan uzaqlaşdırılıb. 30 yaşlı futbolçu məşqçilər korpusu ilə yola getmədiyindən cəzaya məryz qalıb.
Əvəzində Bakıda Tomas Dolla problem yaşayan və “Qarabağ”la görüşün iştirak ərizəsindən çıxarılan Musa əl-Tamari əfv edilib.
APOEL Avropa Liqasında qrup mərhələsinin IV turunda noyabrın 7-də Nikosiyada “Qarabağ”ı qəbul edəcək.