Kateqoriyasız

APOEL-in futbolçusu “Qarabağ”da?

APOEL-in futbolçusu Qayas Zahid karyerasını “Qarabağ”da dava etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu 27 yaşlı hücumameylli yarımmüdafiəçiyə ildə 450 min avro təklif edir. Bununla yanaşı Qayas Zahidlə Türkiyənin adı açıqlanmayan bir klubunun da maraqlandığı iddia edilir.

Qeyd edək ki, Qayas Zahidin Azərbaycanda oynaya biləcəyinə dair xəbərlər dünən yayılsa da, onunla hansı komandanın əlaqə qurduğu açıqlanmamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43