Kateqoriyasız

APOEL “Qəbələ”ni məğlub etdi

FutbolPress“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında ikinci oyununa çıxıb.

“Çempionlar yolu”nda mübarizə aparan Famil Xəlilovun komandası I mərhələnin cavab görüşündə Kiprin APOEL klubu ilə qarşılaşıb.

Nikosiyada keçirilən ilk görüşdən 1:1 hesablı heç-heçə ilə qayıdan “Qəbələ”nin növbəti raunda çıxmaq üçün yaxşı şansı var idi. Ancaq “qırmızı-qaralar” minimal hesabla uduzaraq mübarizəni dayandırıb.

UEFA Gənclər Liqası
I mərhələ, cavab oyunu

24 oktyabr

14:00. “Qəbələ” (Azərbaycan) – APOEL (Kipr) – 0:1
Qol: 
Satsias, 55

Hakimlər: Denis Şurman, Valentin Kutsev, Vladimir Korotin (hamısı Ukrayna).
Dördüncü hakim: Vüqar Həsənli (Azərbaycan).
Qəbələ şəhər stadionu.
İlk oyun – 1:1.

“Qəbələ” (4-3-3): 1. Müşfiq Nadirov, 2. Rüstəm Nuruyev (k), 4. Təbriz İsazadə, 5. İdris İnqilablı, 7. Nicat Oruclu, 8. Veysəl Rzayev, 9. Əli Mursalov, 10. Samir Məhərrəmli, 13. Nicat Əliyev, 14. Xəyal Muradov, 17. Məhəmməd Məhərrəmov;
Ehtiyat oyunçular: 12. Əmrah Məmmədli, 3. Hüseyn Mursalov, 6. Rauf Məhərrəmov, 11. Rüfət Əhmədov, 15. Nemət Şıxəmirov, 16. Aqil Nəsibov, 18. Emil Səfərov;
Baş məşqçi: Famil Xəlilov.

APOEL (4-2-3-1): 1. Teodolidis Georgios, 3. Konstantinos Vrontis, 4. Marios Kazakeos (k), 5. Georgios Papatanasiu, 8. Yannis Satsias, 9. İonnis Haciyiannis, 11. Stavros Qavriel, 17. Miltiadis Hacipanayiotu, 19. Paraskevas Orfanidis, 21. Giorgos Teodosiu, 25. Lukas Kalaqirou;
Ehtiyat oyunçular: 18. Stelios Karapatakis, 2. Giorgos Pitsilides, 6. Arsenios Dimitriou, 7. Çaralempos Mirallais, 10. Nikolas Demetriou, 15. Nikolos Poxozouris, 20. Nikolas Neokleous;
Baş məşqçi: Evangelos Samios.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43