Topaz Premyer Liqasının XVI turu “Sumqayıt” üçün uğursuz alındı. Belə ki, Sumqayıt təmsilçisi səfərdə “Neftçi”yə 2-3 hesabı ilə uduzdu.
İdmanxeber.com-un məlumatına görə, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov bu fikirləri səsləndirirb:
“Çətin olacağını bilirdik. Komandaların ustalıq səviyyəsi eyni deyil. İki müdafiəçinin səhvindən qol buraxdıq. Bütün qollarda müdafiəçilərimizin kobud səhvləri vardı. Müdafiədə mütləq dəyişiklik etməliyik. Dəyişiklik olmasa, belə davam edəcək.