Ölkə futbolu

Aqil Məmmədov: “Qəbələ” bir xal qazandı, biz isə qələbəni əldən verdik”

Topaz Premyer Liqasının XVII turunda “Sumqayıt” “Qəbələ”ni qəbul etdi. Oyun 1-1 hesabı ilə yekunlaşdı.

İdmanxeber.com-un məlumatına görə, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov matçdan sonra bu fikirləri səsləndirib:

“Oyuna görə öz komandama təşəkkür edirəm. Futbolçular bütün göstərişləri yerinə yetirdilər. Bu heç-heçəni qələbəmiz kimi görürəm. Futbolçulara, azarkeşlərə təşəkkürümü bildirirəm. Mən düşünürəm ki, “Qəbələ” bir xal qazandı, biz isə qələbəni əldən verdik, itirdik”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43