Ölkə futbolu

Aqil Nəbiyev: “İlk hissədə xarakter nümayiş etdirdik”

“İki fərqli hissə oldu. İlk hissədə xarakter nümayiş etdirdik. İkinci hissənin əvvəlində isə uğursuz bir epizod oldu və hesabda geri düşdük. Bundan sonrakı hadisələr də əleyhimizə işlədi”.

İdmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Şüvəlan”ın baş məşqçisi Aqil Nəbiyev Azərbaycan kubokunun 1/8 finalında “Keşlə” ilə keçirilən oyundan sonra deyib.

0:3 hesabı ilə uduzaraq turnirlə vidalaşan komandanın çalışdırıcısı uğur qazanacaq gücdə heyətlərinin olmadığını bildirib: “Açığı, bizim komandanın əsasını gənc futbolçular təşkil edir. Geniş heyətimiz yoxdur, qarşıda çempionat oyunu gəlir. Bütün bunları nəzərə alsaq, ilk hissədəki əzmkarlıq məni razı saldı. Bu gün həqiqətən də Premyer Liqa ilə birinci divizion arasında fərq var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Xəzər Lənkəran”ın son məşqindən – FOTOLAR

admin

“Xəzər Lənkəran”a gələcəyi söylənilən futbolçu görün hansı kluba keçir

admin

“Azərsun Holdinq”dən ayrıseçkilik: Bu “Qarabağ”ı niyə rüsvay edirlər? – VİDEO

admin