22 Oktyabr 2024
Kateqoriyasız

Aqolli “Qarabağ”a dəstək istədi

“Avro-2016″da Albaniya yığmasının kapitanı olan “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli mükafatlandıırlıb.

Təcrübəli futbolçu ATV-də “AVRO 2016” verilişində bu haqda danışıb.   Onun sözlərinə, Albaniya dövləti onların final mərhələsində debütlərində uğurlu çıxışını diqqətdən kənarda qoymayıb: 
“Hökumətimiz bizi mükafatlandırdı. Ancaq bizim üçün maddi məsələlər ikinci planda idi. Bizim üçün pul yox, azarkeşlərimizi sevindirmək önəmli idi. Onlara bəxş etdiyimiz xoş anlar bizə pul mükafatından üstün idi. Avropa çempionatı zamanı çoxlu zənglər, mesajlar aldım. Bunlar arasında “Qarabağ”lılar çox idi. “Qarabağ”ı Avropa çempionatında təmsil etməyim mənim üçün qürurverici idi”.  

Aqolli Çempionlar Liqasında qarşıdakı sınaqdan da söz açıb: “Bu turnirdə Lüksemburqun “Düdelanj” klubu ilə oyuna hazırlaşırıq. İlk matçımız iyulun 12-də Bakıdadır. Azarkeşlərimizi stadiona dəvət edirəm. Onların stadionun doldurmalarını istəyirəm. Bu, bizə qələbə qazanmaqda kömək edəcək. İnanıram ki, onların dəstəyi sayəsində mərhələni keçəcəyik”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43