22 Oktyabr 2024
Kateqoriyasız

Aqolli “Qarabağ”a qoşuldu

Albaniya millisi ilə Fransada keçirilən “Avro-2016”-nın final mərhələsində çıxış edən “Qarabağ”ın futbolçusu  Ansi Aqolli dünən axşam saatlarında komandaya qoşulub.

Idmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə,  “Qarabağ”ın Avstriyada davam edən təlim-məşq toplanışına qatılıb. Aqolli bugündən etibarən məşqlərdə iştirak edəcək.

Qeyd edək ki, Aqolli “Avro-2016″da Albaniya millisi ilə 3 oyunda (2 oyunda kapitan kimi) meydanda olub. Onun komandası son anda 1/8 finala vəsiqəni əldən verib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43