29 Sentyabr 2024
Kateqoriyasız

Araz Abdullayev: “Əsas odur uduzmadıq”

“Neftçi”nin futbolçusu Araz Abdulleyev “Sumqayıt”la oyundan qeydə alınan heç-heçəni (2:2) şərh edib.

Abdullayev idmanxeber.com-a açıqlamasında bunları deyib:

Çətin oyun keçdi. İlk hissədə qırmızı vərəqə almağımız  öz sözünü dedi. Buna baxmayaraq ikinci hissədə komanda toparlana bildi.

İstərdik qələbə qolunu da vuraq, amma alınmadı. Əsas odur ki, doğma meydanda məğlub olmadıq. İkinci hissədə komandamız xarakter göstərdi və bərabərlik qolunu vurduq. Çalışırıq ki, hər oyundan xal toplayaq və mövsümü yüksək yerdə tamamlayaq. Fikirimcə, 10 nəfərlə pis oynamadıq. “Sumqayıt” gənclərdən təşkil olunmuş komandadır. Əksər futbolçuları gələcək vəd edir. Bizə qarşı da yaxşı mübarizə apardılar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43