İdman

Araz Abdullayev “Anortosis”ə daha lazım deyil

Müqavilə əsasında “Qəbələ”yə məxsus olan Araz Abullayevin “Anortosis”dən dönüşü yaxındı.

İdmanxeber.com-un Kipr mətbuatına istinadən verdiyi məlumata görə,  hazırda icarə əsasında “Anortosis”də çıxış edən 26 yaşlı futbolçu Kipr təmsilçisinin gələcək planlarına daxil deyil. Buna səbəb kimi onun transfer qiyməti göstərilir. Məsələ burasındadı ki, “Anortosis”lə “Qəbələ” klubu arasındakı anlaşmada yer alan bəndə əsasən, kiprlilər yayda 150 min avro ödəməklə Abdullayevin transfer vərəqəsinə sahib çıxa bilərlər. Ancaq milli üzvünün mövsümün əvvəlindəki uğurlu çıxışını davam etdirməməsi Famaqusta təmsilçisinin onunla bağlı fikrini dəyişdirib. Yazıda “Anortosis”in transferdən artıq imtina etdiyi və Abdullayevin mövsümün sonunda Azərbaycana qayıdacağı vurğulanıb.

 Qeyd edək ki, Araz Abdullayevin “Qəbələ” ilə müqavilə müddəti 2019-cu ilin yanvar ayına qədərdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43