Kateqoriyasız

Araz Abdullayev “iynələdi”: “Superkubok bizim olacaq”

Oktyabrın 23-də Naxçıvanda, Superkubok matçında "Xəzər Lənkəran"la qarşılaşacaq "Neftçi"nin futbolçusu Araz Abdullayev forza1937.com-a danışıb.

"Superkubok oyunu bizim üçün çox vacibdir. Kuboklarımızın sırasına bunu da qatmaq pis olmazdı. İnanıram ki, oktyabrın 24 də bütün "Neftçi" azarkeşləri Superkubok sahibi kimi sabahı açacaqlar. Bilirəm ki Bakıda bizə dəstək üçün bir qrup azarkeş öz hesablarına gələcək. Bu xəbərə çox sevindim  və bizdə öz növbəmizdə əlimizdən gələni edəcəyik ki, onlar Naxçıvandan əliboş qayıdmasınlar. Bütün "Neftçi" fanatlarını Bakıda da olsa bizə ruhən dəstək olmağa çağırıram. İnşallah Superkubok  bizim olacaq."


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43