Azərbaycanlı futbolçu Araz Abdullayev Qazaxıstanda oynayacaq.
İdmanxeber.az yerli mətbuata istinadən xəbər verir ki, millimizin sabiq üzvü bu ölkənin “Jenis” klubu ilə anlaşıb. Məlumatı futbolçunun agenti Vaqif Heydərli də həmin ölkənin mətbuatına açıqlamasında təsdiqləyib.
Araz Abdullayevin son klubu Kosovanın “Lapi” komandası olub.