Kateqoriyasız

Araz Abdullayev “Sumqayıt”la müqavilə imzaladı

 

“Sumqayıt” klubu dövrələrarası fasilədə daha bir futbolçunu heyətinə cəlb edib.

İdmanxeber.az xəbər verir ki, son olaraq Kiprin “Etnikos” klubunda çıxış etmiş Araz Abdullayevlə 6 ay+2 il şərti ilə müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Abdullayev “Sumqayıt”da 78 nömrəli formada çıxış edəcək.

Araz Abdullayev son klubu olan “Etnikos”da meydana çıxdığı 12 qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı yarımmüdafiəçi “Neftçi”, “Panionios”, “Qəbələ”, “Anortosis”, “Qarabağ” və “Boluspor” kimi klubların uğurları üçün də çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43