Araz Ağalarov Türkiyənin “Fənərbaxça” klubunun rəhbərliyində yer alacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Rusiyada yaşayan azərbaycanlı iş adam bu xəbəri yalanlayıb:
“Bu mövzuda heç düşünməmişəm də. Bunu etməyə də hazırlaşmamışam.
Bundan əlavə mən 2 komandanın – futbolda Moskva “Dinamo”su və otüstü hokkeydə Krasnoqorsk “Zorki”sinin sponsoruyam. Bunun öhdəsindən çətinliklə gəlirəm və bu planda nəsə almağa hazırlaşmıram”.