Qışı Azərbaycan birinci divizionunda çempion olaraq tamamlayan “Araz Naxçıvan” təmizlik işlərinə start verib.
Naxçıvan təmsilçisi 5 futbolçusuna qapını göstərib. Baş məşqçi Əsgər Abdullayevin qərarı ilə Rəşad Hacızadə, Elnur Soltanlı, Ozal Əbiyev, Nicat Əliyev və Elvin Cəbrayıllı ilə əməkdaşlığa son qoyulub.