22 Sentyabr 2024
Ölkə futbolu

“Araz Naxçıvan” 6 futbolçu ilə anlaşdı – RƏSMİ

“Araz-Naxçıvan” müqavilə müddəti başa çatan 6 futbolçu – Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson və Elçin Mustafayevlə yeni müqavilə bağlayıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, adları qeyd olunan futbolçular 2024/2025 mövsümündə də komandanın heyətində yer alacaqlar.

Qeyd edək ki, daha bir neçə futbolçu ilə danışıqlar aparan “Araz-Naxçıvan” buna qədər Urfan Abbasov, Ömər Buludov, Tərlan Əhmədli və Ülvü İsgəndərovu transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43