Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün ilkin mərhələdə ikinci oyununa çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, H qrupunda yer alan ölkə çempionu Estoniyanın “Sillamae Silla” komandası ilə qarşılaşacaq.
İsveçin Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qrupun digər matçında Şimali İrlandiyanın “Sparta Belfast” komandası yerli “Uddevalla” ilə üz-üzə gələcək.
“Araz-Naxçıvan” ilk oyununda “Sparta Belfast” üzərində 7:1 hesablı qələbə qazanıb. “Sillamae Silla” isə “Uddevalla”ya 3:10 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.