“Araz Naxçıvan” FIFA tərəfindən sərt sanksiya ilə üzləşə bilər.
Buna səbəb Muxtar Respublika təmsilçisinin üzvü Vanderson Melodu. Futbolçu “Araz Naxçıvan”a keçməmişdən öncə Livanın “Rasinq” klubu razılaşıb. Daha sonra Naxçıvan klubunun cəlbedici təklifi braziliyalı futbolçunun fikrini dəyişməsi ilə nəticələnib. Nəticədə futbolçu razılaşmanı təktərəfli ləğv edərək “Araz Naxçıvan”a keçib. Beyrut təmsilçisi isə məsələ ilə bağlı FİFA şikayət ünvanlayıb. Ali futbol qurumu məsələyə baxdıqdan sonra ilkin olaraq futblçunun qarşı tərəfə 65 min dollar ödəməsini tələb edib. Bu baş verməyəcəyi təqdirdə, FIFA “Araz Naxçıvan”a 1 illik transfer qadağası qoya bilər, Vanderson Melo isə 6 aylıq futboldan kənarlaşdırılacaq.
Naxçıvan klubunun mövcud situasiyadan çıxması üçün qarşıda 2 həftə zamanı var. Ya pul ödənilməlidi, ya da qərardan şikayət verilməlidi.
Məsələ ilə bağlı “Araz Naxçıvan”ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov İdmanxeber.az-a açıqlamasında məsələnin klub tərəfindən gündəmdə saxlanıldığını bildirib:
“Biz FIFA-dan qərarı almışıq. Futbolçu da bunu yönləndirib vəkilinə. Bu işlə Vanderson Melonun vəkili məşğul olur. Ola bilsin ki, Vanderson klubla danışsın, ona kəsilən məbləği ödəsin və yaxud da qərardan CAS-a şikayət eləsin. Mövzunun kluba aidiyyəti olduğu üçün gündəmdə saxlanılır”.