18 Sentyabr 2024
Ölkə futbolu

“Araz Naxçıvan” “Kəpəz”ə məğlub oldu – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, açılış matçında “Araz-Naxçıvan” və “Kəpəz” üz-üzə gəlib. Görüş Gəncə təmsilçisinin qələbəsi ilə başa çatıb – 1:0.

Bu nəticənin ardından Naxçıvan təmsilçisi 20 xalla 4-cü, Gəncə klubu 9 xalla 9-cu pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XIII tur

19:00. “Araz-Naxçıvan” – “Kəpəz” 0:1

Qol: Adama Niane, 75 (0:1)

“Dalğa Arena”

Qeyd edək ki, XIII turun digər görüşləri noyabrın 11-12-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43