Ölkə futbolu

“Araz Naxçıvan” növbəti transferini açıqladı – Rəsmi

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə bağlayıb.

İdmanxeber.az-ın məlumatına görə, klub son mövsüm “Qəbələ”də çıxış etmiş Ülvi İsgəndərovla anlaşıb.

Hücumçu qarşıdakı bir il ərzində bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” bu gün “Qəbələ”nin digər futbolçusu Urfan Abbasovla da sözləşmə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43