10 İyun 2026
Ölkə futbolu

“Araz-Naxçıvan” Qara Qarayevlə bağlı qərarını verdi

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqaviləsi başa çatmış daha iki futbolçu ilə yenidən anlaşıb.

İdmanxeber.az-ın məlumatına görə, Slavik Alxasov və Qara Qarayev 2025/2026 mövsümünü də komandanın heyətində keçirəcək. Hər iki oyunçu ilə anlaşma 1 illikdir.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43