01 Fevral 2025
Ölkə futbolu

“Araz Naxçıvan” “Sumqayıt”la heç-heçə etdi – YENİLƏNİB 

Bu gün Misli Premyer Liqasında 21-ci turun daha iki oyunu keçirilib.

İdmanxeber.az xəbər verir ki, günün ikinci matçında isə “Sumqayıt” doğma divarlar arasında “Araz-Naxçıvan”la üz-üzə gəlib. Oyun qolsuz bərabərliklə sona çatıb – 0:0.

Naxçıvan klubu 43 xalla ikinci, “kimyaçılar” isə 22 xalla 6-cı sırara qərarlaşıb.

Misli Premyer Liqası

21-ci tur

1 fevral

18:30. “Sumqayıt” – “Araz-Naxçıvan” 0:0

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43