Kateqoriyasız

“Araz Naxçıvan” üçun formal oyun

Bu gün “Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununu keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı sonuncu görüşündə Bosniya və Herseqovina təmsilçisi “Mostar”la üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da strat götürəcək.

Qeyd edək ki, qrupda keçirdiyi ilk iki oyunda da uduzan “Araz-Naxçıvan” növbəti mərhələyə çıxmaq şanslarını itirib.

Çempionlar Liqası

Əsas mərhələ, III tur

“Mostar” (Bosniya və Herseqovina) – “Araz-Naxçıvan”

29 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 22:00

Hakimlər: Jan Kresta (Çexiya), Lukaş Peşko (Slovakiya), Josip Dujmiç (Xorvatiya)

Timekeeper: Farik Keco (Bosniya və Herseqovina)

Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)

UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43