Bu gün Azərbaycan Birinci divizionunda 11-ci tur start götürüb.
İdmanxeber.az-ın məlumatına görə, turun açılış günü üç matç keçirilib.
Lider “Araz Naxçıvan” səfərdə “Mingəçevir”ə uduzub. “Qaradağ Lökbatan” “Qəbələ-2” ilə dueldə çətin qələbə qazanıb. “Səbail-2” – “Turan Tovuz-2” görüşündə isə meydan sahibləri üç xalı bayram edib.
Qeyd edək ki, turun qalan oyunları sabah keçiriləcək.
Birinci Divizion, 11-ci tur
8 noyabr
14:00. “Mingəçevir” – “Araz Naxçıvan” 1:0
Qol: Roman Hüseynov, 36
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Taleh Məmmədov, Sərxan İsmayılov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
14:30. “Qaradağ Lökbatan” – “Qəbələ-2” 2:1
Qollar: Rəvan Abbasov, 69, Sabir Allahquliyev, 85-pen. – Rauf Məhərrəmov, 58
Hakimlər: Emin Əliyev, Zakir Şükürzadə, Gülnurə Əkbərzadə, Rəsul Babayev
Lökbatan OİK stadionu
14:00. “Səbail-2” – “Turan Tovuz-2” 1:0
Qol: Vidadi Cəfərov, 18
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Fəridə Lütfəliyeva
“ASCO Arena”