06 Fevral 2025
Ölkə futbolu

“Araz Naxçıvan” “Zirə”ni qəbul edir – YENİLƏNİR

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

İdmanxeber.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə “Araz-Naxçıvan” “Zirə” ilə qarşılaşacaq. Qarşılaşma saat 16:00-da başlayacaq

Bu komandalar arasında cavab görüşü fevralın 27-də oynanılacaq.

Qeyd edək ki, ötən gün “Sabah” “Sumqayıt”la 0:0 hesablı heç-heçə edib. “Neftçi” isə “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib.

Azərbaycan kuboku

1/4 finalın ilk oyunları

16:00. “Araz-Naxçıvan” – “Zirə” 

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev, Nicat İsmayıllı (VAR), Rəhman İmami (AVAR)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43