“Araz-Naxçıvan” qış fasiləsindən sonra yoluna yeni baş məşqçi ilə davam edəcək.
İdmanxeber.az xəbər verir ki, son çempion Evqeni Kukseviçlə anlaşıb. Rusiyalı mütəxəssislə müqavilə 5 ay+1 il müddətini əhatə edəcək.
Bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Kukseviçl müxtəlif illərdə Rusiyanın “Sibiryak” və “Norilski Nikel” komandalarını çalışdırıb. 53 yaşlı Kukseviç məşqçi kimi Rusiya çempionatının gümüş və bürünc medallarını, 2019/2020-ci il mövsümündə isə ölkə kubokunu qazanıb.
Qeyd edək ki, mövsümə Vitali Borisovun rəhbərliyi altında başlayan “Araz-Naxçıvan”ı daha sonra Predraq Rayiç çalışdırıb. Komanda Yüksək Liqanın 8 turundan sonra 16 xalla 3-cü pillədə qərarlaşıb və lider “Baku Fire”dən 6 xal geri qalır.